Avropa İttifaqı (Aİ) Komissiyası "Apple" və "Google"dan tətbiq mağazalarının Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) ilə necə uyğunlaşdığını göstərən hesabat tələb edib.

İndex.az xəbər verir ki, Komissiya bu xidmətlərin provayderlərindən "App Store" və "Google Play" ilə bağlı sistem risklərini necə müəyyən etmələri barədə daha çox məlumat vermələrini xahiş edir.

"Apple" və "Google"a cavab vermək üçün 15 yanvar 2024-cü ilə qədər vaxt verilib.

Komissiya qeyd edib ki, Aİ-nin suallar siyahısı həm də tövsiyə sistemləri və onlayn reklamla əlaqəli şəffaflıqla bağlı məsələlərə aiddir.

Bildirilib ki, növbəti potensial addımlar arasında rəsmi proseslərin başlanması daxildir.