Avropa Statistika İdarəsi (Eurostat) Aİ-nin 2022-ci il üçün kənd təsərrüfatı məhsulları ticarəti ilə bağlı məlumatı açıqlayıb.
İndex.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) keçən il kənd təsərrüfatı məhsullarında 33,5 milyard avroluq ticarət profisiti əldə edib.
Keçən il Aİ üzv ölkələrin kənd təsərrüfatı məhsullarının ümumi ticarəti 2021-ci ilə nisbətən 77,5 milyard avro artaraq 424,7 milyard avroya çatıb.
Sözügedən dövrdə Aİ ölkələri 229,1 milyard avroluq kənd təsərrüfatı məhsulları ixrac edib. 195,6 milyard avroluq məhsul isə idxal edilib.
Beləliklə, Aİ 2022-ci ildə kənd təsərrüfatı məhsullarının ticarətində 33,5 milyard avro müsbət saldoya sahib olub.
