Avropa İttifaqı (Aİ) Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Yay” hesabatı dərc olunub.

İndex.az xəbər verir ki, Aİ Komissiyası daxili tələbatın azalması səbəbindən "Avrozona"da bu ilki iqtisadi artım gözləntisini 0,8%-ə endirib.

"Aşağı inflyasiya və güclü əmək bazarına baxmayaraq böyümə sürətinin yavaşlaması” başlıqlı hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,8%, 2024-cü ildə 1,4%, "Avrozona" iqtisadiyyatının isə 2023-cü ildə 0,8%, 2024-cü ildə isə 1% böyüməsi gözlənilir.

Aİ Komissiyasının əvvəlki “Bahar” hesabatında Aİ-nin bu il 1%, gələn il 1,7%, "Avrozona"da isə bu il 1,1%, gələn il isə 1,6% artacağı təxmin edilirdi.