Taxıl müqaviləsinə xitam verilməsi qərarı ilə bağlı bir-birinin ardınca reaksiyalar və izahatlar gəlməyə başladı.
İndex.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişini ləğv etməsini şiddətlə qınadıqlarını, Avstriyanın isə müqavilənin təcili olaraq uzadılmasını tələb etdiyini bildirib:
“Rusiyanın Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin səylərinə baxmayaraq Qara Dəniz Taxıl Təşəbbüsünə son qoyma hərəkətini şiddətlə qınayıram”.
Von der Leyen Aİ-nin dünyada çətin vəziyyətə düşənlər üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını və ərzaq məhsullarında Aİ-nin əvvəllər qurduğu quru əlaqələri vasitəsilə Ukraynadan daşınmasının davam etdiriləcəyini qeyd edib.
