Avropa İttifaqı (Aİ) sərmayələri artırmaq və kapital bazarını yaxşılaşdırmaq üçün vergi tutulması sistemini dəyişməyə hazırlaşır.

İndex.az xəbər verir ki, ikiqat vergitutmanın qarşısını alan qanun layihəsi ilə artıq ödənilmiş vergilər 50 gün ərzində geri qaytarılacaq.

Beləliklə, Aİ rəqəmsal vergi idarəsinin birgə sertifikatı hazırlanacaq.

Bu sertifikatla vergi tutmalarının azaldılması əməliyyatları daha sürətli və səmərəli həyata keçiriləcək.

Müxtəlif Aİ ölkələrində investisiya portfeli olan şəxslər eyni təqvim ili ərzində bir neçə gəliri geri almaq üçün yalnız bir rəqəmsal vergi rezidentliyi sertifikatından istifadə edəcəklər.

Aİ ölkələri arasında fərqli olan vergi tutma prosedurları standartlaşdırılacaq.

Üzv ölkələr iki vergi tutma sistemi arasında seçim edəcəklər.