Avropa İtiffaqı (Aİ) ölkələrində avtomobil satışları son 15 ayda artıb.
İndex.az xəbər verir ki, Aİ-də avtomobil bazarlarında ümumi satışlar oktyabr ayında keçən ilin eyni ayına görə 14,6% artaraq 855 min 484 ədədə çatıb.
İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 8 milyon 795 min 16-ya çatıb.
Oktyabr ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 33,4%-i benzin, 28,6%-i hibrid, 14,2%-i elektrik, 12%-i dizel, 8,4%-i plug-in hibrid və 3,4%-i isə digər yanacaq növlərinə aiddir.
Elektrikli avtomobil satışları oktyabr ayında keçən ilin eyni dövrünə görə 36,3% artaraq 121 min 808 ədədə çatıb.
