Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) may ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) avtomobil bazarında cəmi satışlar keçən ay 18,5% artaraq 938 min 950-yə çatdı.

İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 4 milyon 393 min 951-ə çatıb.

May ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 36,5%-i benzin, 25%-i hibrid, 14,3%-i dizel, 13,8%-i tam elektrik, 7,4%-i plug-in hibrid və 3%-i digər yanacaqlardan ibarət olub.

Aİ ölkələrində elektrik avtomobil satışı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 70,9% artaraq 129 min 847 ədədə çatıb.

Aİ ölkələri arasında avtomobil satışı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə İtaliyada 23,1%, Almaniyada 19,2%, Fransada isə 14,8% artıb.