Avropa avtomobil bazarında tədarük zənciri problemlərini aradan qaldırdıqca, avtomobil satışları artmağa davam edir.
İndex.az xəbər veirir ki, noyabr ayında Avropa İttifaqında (Aİ) ümumi avtomobil satışları illik 6,7% artaraq 885 min 581 ədədə çatıb.
Bu artımla Aİ-də avtomobil satışları ardıcıl olaraq 16-cı ayda da artımını davam etdirib.
Aİ-də avtomobil satışları yanvar-noyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 15,7% artaraq 10 milyona yaxınlaşıb.
