Avropa İttifaqının (Aİ) komissarı Thierry Breton sosial media hesabında Rəqəmsal Bazarlar Qanununa əsasən "qapı gözətçisi" meyarlarına cavab verən şirkətlər haqqında paylaşım edib.

İndex.az xəbər verir ki, Aİ ciddi qaydalar tətbiq edəcəyi böyük texnologiya şirkətləri arasında “Google”, “Apple”, “Meta” və “Microsoft” var.

Breton bildirib ki, "Alphabet”, “Amazon”, “Apple”, “ByteDance”, “Meta”, “Microsoft” və “Samsung”, Aİ Komissiyasına Rəqəmsal Bazarlar Aktı çərçivəsində “gatekeeper” limitini yerinə yetirdikləri barədə məlumat verdilər.

Rəsmi siyahının sentyabrın 6-da açıqlanacağını bildirlib.

Aİ hazırda qiymətləndirmə prosesini tamamlayır.