Avropa İttifaqı (Aİ) Çinin elektriklə işləyən avtomobillərə verdiyi subsidiyalarla bağlı araşdırmaya başlayır.
İndex.az xəbər verir ki, Aİ sənayenin rəqabət qabiliyyətindən narahat olduğu üçün Çinin elektriklə işləyən avtomobillərə verdiyi subsidiyalarla bağlı araşdırmaya başlayır.
Araşdırmanın aparılacağı barədə məlumat verən Aİ Komissiyasının sədri Ursula Von der Leyen qlobal bazarın ucuz Çin avtomobilləri ilə dolu olduğunu bildirib.
Leyen Avropa Parlamentindəki illik çıxışında bildirib ki, dövlətin böyük subsidiyaları ilə qiymətlər süni şəkildə aşağı saxlanılır:
"Bu vəziyyət bazarda problemlər yaradır. Biz bu təhrifi nə öz daxili bazarımızda, nə də xarici bazarda qəbul etmirik".
