Avropa Komissiyası "Adobe" tarixində ən böyük sövdələşmənin qarşısını ala bilər.

İndex.az xəbər verir ki, "Financial Times"in yaydığı məlumata görə, ABŞ-da yerləşən proqram təminatı şirkəti "Adobe" 20 milyard dollar qarşılığında "Figma"nı satın alması ilə bağlı Avropa Komissiyası tərəfindən ətraflı araşdırma aparılacaq.

Tənzimləyici sövdələşmənin innovasiyaların yavaşlaması və qiymətlərin artması ilə nəticələnə biləcəyindən narahatdır.

Məlumata görə, araşdırma kifayət qədər uzun müddətə uzanacaq.

"Adobe" tərəfindən verilən açıqlmada bildirilib ki, "Figma"nın alınması rəqabətə zərər verməyəcək, çünki "Figma" onun əsas məhsullarından heç birinə birbaşa rəqib deyil.