Böyük Britaniya Rəqabət və Bazarlar Təşkilatının (CMA) İcraçı Direktoru Sarah Cardell, "Microsoft"un "Activision Blizzard"ı satın almasını əngəlləmə qərarlarının hələ də qüvvədə olduğunu ifadə edib.

İndex.az xəbər verir ki, Cardell, "Sky News"da iştirak etdiyi bir proqramda, "Microsoft"un "Activision Blizzard"ın satınalma müqaviləsini yenidən quracağını və qurumun rəqabət problemlərini həll etmək üçün bu konfiqurasiyanı təqdim edəcəyini gözlədiklərini söyləyib.

Cardell "Microsoft" ilə söhbətlərdən şirkətin "Activision Blizzard"ı əldə etmək üçün sövdələşmə strukturunu yenidən qurmaq istədiyini anladıqlarını qeyd edib:

"Beləliklə, onların rəqabətlə bağlı narahatlıqlarımızı aradan qaldırmaq istədiklərini anladıq. Əgər belə edərlərsə, onların konfiqurasiya təkliflərini diqqətlə nəzərdən keçirəcəyik. Biz yeni konfiqurasiya ilə bağlı problemlərimizi tam və hərtərəfli həll edəcəyik. Bununla belə, hələlik mövqeyimiz dəyişməyib”.