"Activision Blizzard"ın keçmiş baş direktoru Bobbi Kotikin "TikTok"u almaq istəyir.
İndex.az xəbər verir ki, "Wall Street Journal"ın əldə etdiyi məlumata görə, Kotik, keçən həftə keçirilən konfrans yeməyində "OpenAI"nin baş direktoru Sam Altman və potensial investorlarla əməkdaşlıq ideyasını bölüşüb.
Məsələni isə "ByteDance"ın baş icraçı direktoru Zhanq Yiminq ilə birlikdə qaldırıb.
Kotik hətta Altmana və bəzi mühüm şəxslərə belə bir satınalmada ortaqlıq təklif edib.
Qeyd edək ki, ABŞ-da qanun layihəsi "TikTok"u ölkədə qadağan edəcəyi ilə bağlı hədələyir.
