ABŞ Maliyyə Nazirliyi bu ilin iyul-sentyabr və oktyabr-dekabr ayları üçün borclanma təxminlərini açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu ilin üçüncü rübü üçün borclanma proqnozunu 1 trilyon 7 milyard dollara çatdırıb.

Açıqlamada bildirilib ki, sentyabrın sonunda nağd pul qalığı 650 milyard dollar, borclanma proqnozu isə may ayında açıqlanan proqnozdan 274 milyard dollar çox olub.

Xəzinədarlığın oktyabr-dekabr dövründə 852 milyard dollar borc alacağı, dekabrın sonunda isə nağd pul qalığının 750 milyard dollar olacağı bildirilib.