ABŞ Maliyyə Nazirliyi Çinlə birlikdə iqtisadi və maliyyə işçi qruplarının yaradıldığını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ maliyyə naziri Canet Yellenin sözlərinə görə, bu qrupların məqsədi Çinə Amerikanın maraqlarını və narahatlıqlarını çatdırmaqdır:

"Bu qruplar Amerika işçiləri və biznesləri üçün ölkələr arasında  sağlam iqtisadi rəqabəti qorumaq və qlobal çağırışlara qarşı əməkdaşlığı inkişaf etdirmək üçün mühüm forumlar rolunu oynayacaq".