ABŞ və Avropa İttifaqı (Aİ) batareya mineralları üçün ticarət razılaşmasına nail ola bilməyib.

İndex.az xəbər verir ki, Avropa Komissiyasının sədr müavini Valdis Dombrovski bildirib ki, Adeyib BŞ və Aİ batareya mineralları üçün ticarət razılaşmasına nail ola bilməyib.

Lakin hər iki tərəf minerallar və digər komponentlər üçün transatlantik bazar yaratmaq məqsədi ilə danışıqları davam etdirəcəklərinə söz verib.

Aİ-nin yüksək səviyyəli ticarət rəsmisi Dombrovski Vaşinqtonda keçirilən ikitərəfli danışıqlardan sonra jurnalistlərə bildirdi ki, Aİ-nin ayrı-seçkilik kimi qiymətləndirdiyi "İnflyasiyanın Azaldılması Aktı" kimi tanınan ABŞ-ın yaşıl enerji subsidiyaları qanununun aspektləri də daxil olmaqla, bəzi problemlər qalmaqdadır.

Dombrovskinin sözlərinə görə, bu tip problemlər aradan qalxmasa razılaşma əldə oluna bilməyəcək.