"Bank of Amerika" (BOA) rəsmisi Mixael Hartnet bir sıra açıqlamaları ilə gündəmə gəlib.
İndex.az xəbər verir ki, "Bank of Amerika" rəsmisi Mixael Hartnet "S&P 500"dəki yüksəlişin yeni, parlaq bazarının başlanğıcı olmadığını, hazırkı bazarın daha çox 2000 və ya 2008-ci illərdəki böyük çöküşdən əvvəlki yüksəlişə bənzədiyini bildirib.
Bu il "S&P 500" indeksi 15% artaraq 4425 bənd təşkil edib.
Fevral ayında Hartnet, "S&P 500"ün 8 mart tarixinə qədər 3,800 punkta düşəcəyini gözlədiyini bildirmişdi. Lakin investorlar müdafiə məqsədilə texnologiya şirkətlərinə müraciət etdikdən sonra bu proqnoz baş tutmadı.
