Testlər nəticəsində "Microsoft"un yenilənmiş "HoloLens" eynəkləri ABŞ ordusu tərəfindən bəyənilib.

İndex.az xəbər verir ki, ABŞ ordusu bu çərçivədə yeni sifarişlər verəcəyini açıqlayıb.

Qeyd edək ki, "Microsoft" iyulun sonunda Orduya 20 yenilənmiş prototip eynək göndərmişdi.

Avqust ayında əsgər heyəti tərəfindən sınaqdan keçirilən bu eynəklər dizaynındakı təkmilləşdirmələrə müsbət cavab verib.

Ordunun istifadə etdiyi "HoloLens" cihazları artıq ürəkbulanma, ağrı və diskomfort yaratmır.