Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə borc limiti ilə bağlı yeni məktub yazıb.
İndex.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Janet Yellen, borcun məhdudlaşdırılması üçün görülən tədbirlərin iyunun 1-nə qədər tükənə biləcəyi və bu tarixdən sonra ölkənin nağd pul çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Federal hökumətin fəaliyyətini maliyyələşdirməyə davam etmək imkanları barədə məlumat vermək üçün Makkartiyə məktub yazdığını bildirən Yellen, 13 yanvar məktubunda nağd pul və fövqəladə tədbirlərin iyunun əvvəlindən əvvəl tükənməsi ehtimalının olmadığını xatırladıb.
Yellen, bildirib ki, son federal vergi yığımlarını nəzərdən keçirib:
"Ən yaxşı təxminimiz budur ki, Konqres borc limitini artırmasa və ya dayandırmasa, hökumət iyunun 1-dək öhdəliklərini yerinə yetirə bilməyəcək".
