ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Hindistanın paytaxtı Yeni Dehlidəki təmasları çərçivəsində iş adamları ilə görüşüb.
İndex.az xəbər verir ki, “The Straits Times” qəzetinin yaydığı məlumata görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib ki, ABŞ müdafiə və yüksək texnologiya kimi kritik sahələrdə Hindistan ilə ticarət üçün maneələri aradan qaldırmağa hazırdır.
Sullivan verdiyi açıqlamada Hindistanın Baş naziri Narendra Modinin Vaşinqtona səfəri zamanı bir çox mövzunun müzakirə olunacağına diqqət çəkib və Modinin səfəri zamanı kritik sahələrdə ABŞ və Hindistan arasında ticarət maneələrinin aradan qaldırılması üçün addımların atıla biləcəyini qeyd edib.
Sullivan bildirib ki, bu sahələr 5G və 6G telekommunikasiya texnologiyaları, yarımkeçirici təchizat zəncirləri, süni intellekt və qabaqcıl hesablama kimi strateji sahələr olacaq.
