ABŞ Federal Ticarət Komissiyası (FTC) "OpenAI" startapının mübahisəli süni intellekt botu ilə bağlı araşdırmanın bir hissəsi olaraq məlumat sorğusu təqdim edib.

İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, ABŞ Federal Ticarət Komissiyası "ChatGPT" ilə bağlı araşdırma çərçivəsində "OpenAI"a məlumat sorğusu göndərib.

Sorğu bir müddət əvvəl "Microsoft" tərəfindən dəstəklənən süni intellekt şirkətinə göndərilib və "ChatGPT"nin istehlakçılara zərər verib-verməməsi ilə bağlı məlumat istənilib.

Cümə axşamı Konqres qarşısında çıxış edəcək FTC sədri Lina Xan, süni intellektlə bağlı narahatlığını ifadə edərək, praktiklərin süni intellekt kimi transformasiya vasitələri ilə bağlı ayıq-sayıq olmalarının lazım olduğunu vurğulayıb.