ABŞ Ukraynaya yenidən yardım edəcək.

İndex.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün bir hissəsi olaraq, Ukrayna ordusuna hava hücumundan müdafiə və sursat imkanlarını artırmaq üçün 325 milyon dollar əlavə təhlükəsizlik yardımı veriləcəyini açıqlayıb.

"Pentaqon"dan verilən yazılı açıqlamada, 325 milyon dollar dəyərində əlavə təhlükəsizlik yardım paketinin Ukraynanın suverenliyini geri almaq səylərinə kömək edəcəyi bildirilib.

Son açıqlanan paketlə 2021-ci ilin avqust ayından etibarən ABŞ-ın Ukraynaya verdiyi yardımların sayının 40-a çatdığı qeyd edilib.