"S&P Global"ın baş iqtisadçısı Paul Qruenvald bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, "S&P Global"ın baş iqtisadçısı Paul Qruenvald bildirib ki, FED-in faiz dərəcəsi ilə bağlı görəcəyi işlər çoxdur.
Əsas inflyasiyanın hələ də 4,5%-dən yüksək olduğunu dilə gətirən Qruenvald, neft qiymətlərinin də inflyasiyaya maneələr yarada biləcəyini bildirib:
“İnflyasiya ilkin olaraq qida və enerji hesabına baş verdi. İndi biz inflyasiyanın səbəblərinin azaldığını görməyə başlayırıq. İndi isə inflyasiya artıq tələb və boş pul siyasətindən qaynaqlanır. ABŞ tərəfində rüblük artım məlumatları gözləntilərin altında oldu. Asiya tərəfində isə bərpa çox sürətli irəlilədi. Çində artımı 5,5% olaraq proqnozlaşdırırıq. Amma daha da yüksək ola bilər. Biz qlobal tənəzzül gözləməsək də bəzi böyük iqtisadiyyatların tənəzzülə göz yumduğunu görürük".
