Yaponiya Bankının İdarə Heyətinin Üzvü Seiji Adaçi ltra boş pul siyasəti ilə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, Yaponiya Bankının İdarə Heyətinin üzvü Seiji Adaçi, qiymət proqnozu ilə bağlı yüksək qeyri-müəyyənliyi nəzərə alaraq, ultra boş pul siyasətini dəyişdirmək və ya sona çatdırmaq üçün hələ tez olduğunu bildirib.
Adaçi bildirib ki, Yaponiyada istehlakçı inflyasiyası ilkin gözləniləndən daha sürətlə yüksəlsə də, qlobal iqtisadiyyatda zəifləmə əlamətlərinin artması səbəbindən uzunmüddətli perspektivdə qiymətlər üzrə risklər aşağı istiqamətdədir.
O, xüsusilə ABŞ iqtisadiyyatında tənəzzülün Yaponiya iqtisadiyyatına ciddi ziyan vuracağını və qiymətləri aşağı salacağını bildirib:
"Qiymət proqnozu ilə bağlı böyük qeyri-müəyyənlik fonunda yuxarı və aşağı risklər var. Lakin uzunmüddətli perspektivdə aşağı risklər daha böyük görünür. Pul siyasətinin dəyişdirilməsinin məqsədəuyğun olub-olmadığını düşünərkən, riskləri diqqətlə nəzərdən keçirməliyik".
