ABŞ administrasiyası süni intellektdən yaranan risklərin qarşısını almağa yönəlmiş hərtərəfli fərman imzalayıb.
İndex.az xəbər verir ki, ABŞ-da insanları fırıldaqçılıqdan qorumaq üçün süni intellektlə yaradılmış məzmunu aşkar etmək və yoxlamaq üçün yeni qaydalar tətbiq ediləcək.
Fərman amerikalıları süni intellekt sistemlərinin potensial risklərindən qorumaq üçün hazırlanıb.
Beləliklə, süni intellekt sistemləri inkişaf etdirən şirkətlər təhlükəsizlik testlərinin nəticələrini və digər kritik məlumatları hökumətlə paylaşmalı olacaq.
Fərmana əsasən, qurumlar təhlükəsizlik testləri üçün standartlar müəyyən etməli və kibertəhlükəsizlik risklərini aradan qaldırmalıdır.
