Bəzi iqtisadi göstəricilər ABŞ-da tənəzzülə işarə etsə də, özəl sektor məşğulluğundan gələn siqnallar məşğulluq bazarının rahatlaşmadığını göstərib.
İndex.az xəbər verir ki, ADP məlumatlarına görə, ABŞ-da özəl sektor məşğulluğu aprel ayında 296 min artımla gözləntiləri üstələyib.
İqtisadçıların gözləntiləri artımın 150 min olacağı idi.
145 min olaraq açıqlanan mart məlumatları, 142 min olaraq revize edildi.
