ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, hazırkı sorğularda Donald Tramp Co Baydeni cüzi fərqlə qabaqlayır.
İndex.az xəbər verir ki, "Reuters" və "Ipsos"un birgə keçirdiyi son sorğuda Tramp rəqibini 2 xal qabaqlayıb.
Sorğuya görə, Trampa səs verəcəyini deyən seçicilərin nisbəti 41%-ə çatıb.
Baydenə üstünlük verəcəyini deyən seçicilərin nisbəti isə 39%-də qalıb.
Sorğuda iştirak edənlərin 20%-i qərarsız olduqlarını və ya səs verməyi planlaşdırmadıqlarını bildiriblər.
