ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.
ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 210 min nəfərlə bazar gözləntilərini üstələyib.
Belə ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı bir həftə ərzində 10 min nəfər artıb.
Bazar gözləntisi müraciət sayının 207 min olacağı idi.
