ABŞ-da "İstehsalçı Qiymətləri İndeksi" (İQİ) may ayında aylıq bazda gözləniləndən çox aşağı düşüb.
İndex.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, may ayında "İstehsalçı Qiymətləri İndeksi" aylıq bazda 0,3% azalıb.
Bunun səbəbi isə may ayında ABŞ-da yanacağın qiymətinin aşağı düşməsi olub.
Bu göstərici 2020-ci ildən bəri ən aşağı artımdır.
Qeyd edək ki, ötən ay artım 2,3% təşik edib.
