Milli Rieltorlar Assosiasiyası (NAR) iyun ayı üçün ikinci əl ev satış məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, iyun ayında ABŞ-da ikinci əl ev satışları aylıq müqayisədə 3,3% azalaraq 5 ayın ən aşağı səviyyəsinə düşüb.

Bu dövrdə mənzil qiymətləri 1999-cu ilin yanvarından bəri ikinci ən yüksək səviyyəyə çatıb.

Yanvar ayından bəri ən aşağı səviyyəyə düşən ikinci əl ev satışlarının bu dövrdə 4,20 milyon səviyyəsində reallaşması gözlənilirdi.