ABŞ-ın Nyu-York şəhərindəki "Penn Station"da 56 yaşlı kişi qəsdən yandırılıb.
İndex.az xəbər verir ki, hadisə dekabrın 27-də cümə günü axşam saatlarında Manhettendə baş verib.
Hadisə zamanı yandırılan şəxsin bədənində ciddi yanıq izlərinin olduğu qeyd edilib. Bədənindən ağır yanıq xəsarətləri alan zərərçəkən təcili olaraq xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
