Tənəzzül narahatlıqlarının hakim olduğu ABŞ iqtisadiyyatında borc limiti bazarlarda yeni risk faktoru yaradır.

İndex.az xəbər verir ki, borc limitinin artırılması ilə bağlı qanun layihəsi aprelin sonunda Senata təqdim edilsə də, bir çox rəsmilər qanun layihəsinin Senatdan keçmək şansının olmadığını düşünür.

ABŞ-ın maliyyə naziri Janet Yellen borcun ödənilməməsinin iqtisadi fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.