ABŞ-da açıqlanan "İstehlakçı İnamı İndeksi" son 22 ayın ən yüksək həddində olması FED-in inflyasiyanı qarşısını almaq üçün daha çox şey etməli ola biləcəyini göstərdi.
İndex.az xəbər verir ki investorların bunu uçot dərəcələrinin yenidən yüksələcəyinə dair bir işarə olaraq görməsi qızılın qiymətini sabit saxlayıb.
Belə ki, hazırda qızılın unsiyası 1954 dollara satılır.
Qeyd edək ki, ABŞ-da "İstehlakçı Güvən İndeksi"nin iyulun əvvəlində təxminən son iki ilin ən yüksək səviyyəsinə çatması istiqraz gəlirlərinin kəskin artmasına səbəb olub/
