"Nord Stream" operatoru sığorta şirkətlərinə qarşı iddia qaldırıb.
İndex.az xəbər verir ki, "Financial Times"ın yaydığı məlumata görə, sığorta şirkətləri Qərbi Avropanı Rusiya ilə birləşdirən qaz infrastrukturuna ziyan vuran partlayışlar nəticəsində dəymiş ziyanı ödəməkdən imtina etdiyindən, “Nord Stream”ın operatoru onlardan 400 milyon avro tələb edib.
Belə ki, “Nord Stream” operatoru qaz kəmərinin təmiri xərclərini 1,2 – 1,35 milyard avro dəyərində qiymətləndirib.
İddia, operator tərəfindən “Lloyd's of London” və “Arch Insurance” sığorta şirkətlərinə qarşı qaldırıb.
Qeyd edək ki, “Nord Stream” və “Nord Stream 2” qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib.
26 fevral 2024-cü ildə Danimarka polisinin araşdırmanı dayandırdığı bildirildi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qaz kəmərlərində qəsdən təxribat törədildiyini müəyyən ediblər.
Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofman bildirib ki, ölkə hökuməti “Nord Stream” və “Nord Stream 2”də baş verən partlayışların araşdırılmasında maraqlıdır.
