Bu ilin yanvar-aprel ayları ərzində 33 388 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.
Bu barədə İndex.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, dünyaya gələn uşaqların 15 683 nəfəri qız, 17 705 nəfəri isə oğlandır.

