Aİ-nin texnoloji şirkətlərə təzyiqi yenicə öz təsirini göstərməyə başlayıb.

İndex.az xəbər verir ki, "Apple", yeni qanun çərçivəsində 3 modelinin Avropa ölkələrində satışını dayandırmalı olub.

Aİ əvvəllər 2024-cü ilin sonuna kimi bütün mobil cihazlar üçün standart olaraq USB-C şarj növünü tələb etdiyi halda, bu standartı əhatə etməyən və aktiv şəkildə satılan üç "iPhone" rəsmi mağazalardan çıxarılıb.

“iPhone SE 3”, “iPhone 14 Plus” və “iPhone 14” artıq “Apple”in Avropa Birliyi ölkələrindəki rəsmi satış mağazalarında satılmayacaq. "iPhone 15s"in təqdimatı ilə "iPhone 14 Pro" modelləri artıq satışdan çıxarılıb. İndi buna üçüncü nəsil "iPhone SE 3", "iPhone 14 Plus" və "iPhone 14" əlavə edildi.

Sözügedən telefonların satışdan çıxarılmasının səbəbi onların heç birində Aİ-nin vahid standart şarj portunun olmamasıdır. Hər üç "iPhone"da bir şarj doldurma portu var.

Bu, digər smartfonlar üçün ümumi olan USB-C qaydasından kənardır. Buna görə də, yeni qaydaya əsasən, dekabrın 28-dən etibarən təkcə sözügedən modellər deyil, digər smartfon markaları da USB-C şarj portu olmayan mobil cihazları sata bilməyəcək.

2026-cı ildə bu qayda noutbuklara da şamil olunacaq.