2024-cü ildə dünyanın siyasi səhnəsində, xüsusən də ABŞ-da bir çox seçkilər keçiriləcək.
İndex.az xəbər verir ki, seçkilərin qlobal bazarların gedişatı üçün kritik nəticələri olacağı gözlənilir.
Bəs bazar iştirakçıları 2024-cü il seçki ilini necə görürlər?
"The Center for American Progress"in hesabatına görə, 2024-cü il maliyyə şərtlərinin sıx qalacağı, qlobal artımın yavaşlayacağı, milli siyasətin və qlobal geosiyasətin daha da aşağı düşəcəyi il olacaq.
Hesabatda bildirilib ki, 50 ölkədə 2 milyarddan çox seçici 2024-cü ildə seçkilərdə iştirak edəcək.
Bu ölkələrin ümumi əhalisi təxminən 4,2 milyarddır.
Dünya əhalisinin yarıdan çoxunu təşkil edən bu ölkələr qlobal iqtisadiyyatın da 50%-dən çoxunu təşkil edir.
Qlobal miqyasda siyasi sistemlərdən narazılıq artır.
İqtisadi və siyasi problemləri həll etməkdə çətinlik çəkən dövlət qurumlarına inam azalıb.
II. Dünya Müharibəsindən sonra beynəlxalq qurumlar etibarını itirir. Onların mövcudluğu şübhə altına düşüb.
Qərbdə immiqrantlara artıq humanitar problem kimi yox, ekzistensial təhlükə kimi baxılır.
Siyasi qütbləşmə artır, populizm güclənir, insanların tolerantlığı azalıb. Bu isə, demokratiyalar üçün ən böyük təhlükədir.
Sülhü qorumaq getdikcə çətinləşir. Sabit və uzunmüddətli hökumətlərin qurulmasının çətinləşəcəyi bir dövrə qədəm qoyuruq.
Mövcud mühit həm seçki qutularına təsir edəcək, həm də seçki qutularının nəticələri bu mühitə təsir edəcək.
Dünya İqtisadi Forumunun son “Baş İqtisadçıların Görünüşü” hesabatına görə, 2024-cü ili bir sözlə ümumiləşdirməli olsaq, bu söz “qeyri-sabitlik” olardı.
Yenə hesabata görə, bu dəyişkənliyin ən böyük mənbələrindən biri geosiyasət olacaq.
2024-cü ildə dünya siyasi səhnəsində gündəmə gələcək seçkilərin kritik məqamlarını mümkün qədər qısa şəkildə sadalaya bilərik:
Tayvan seçkiləri (13 yanvar): Cənubi Çin dənizi, boğazlar, ABŞ-Çin gərginliyi, çip tədarükü...
Rusiya seçkiləri (15-17 mart): Ukrayna müharibəsi, ərzaq, enerji, silahlanma və nüvə təhlükəsi...
Avropa Parlamenti seçkiləri (6-9 iyun): Aİ büdcəsi, yaşıl transformasiya, qərar qəbul etmə proseslərində çətinliklər, xarici siyasətdə fikir ayrılığı, Aİğı-nin genişlənməsi, immiqrasiya siyasəti, siyasi qütbləşmə, Ukrayna və Qəzzaya yardım...
Avropanın ictimai rəyinin necə olacağı, əhatəli və uzaqgörən liderliyin yaranıb-yaranmayacağı sual doğurur.
Böyük Britaniya seçkiləri (ən gec dekabrın 17-si): Atlantik paktı, Aİ ilə əlaqələr, Ukraynaya dəstək...
Hindistan seçkiləri (aprel-may): Çini əvəz edəcək yeni istehsal və tələb mənbəyinin yaranması təhlükəsi, ərzaq ixracı və ərzaq qiymətləri...
ABŞ seçkiləri (5 noyabr): Bayden və Trampdan başqa namizədin olub-olmaması, Trampın yenidən hakimiyyətə gəlməsinin nəticələri, qloballaşma, təchizat zənciri, beynəlxalq qurumlar, Çin, BRİCS, Rusiya ilə əlaqələr, Ukrayna müharibəsi, OPEC, NATO, Aİ, Böyük Britaniya, Yaxın Şərq, İsrail ilə əlaqələr...
