Böyük Britaniyada yüksək uçot dərəcələri və borclanma xərcləri səbəbindən gələn il ümumilikdə 28 min şirkətin müflis ola biləcəyi bildirilib.

İndex.az xəbər verir ki, Mərkəzi ofisi Londonda olan "İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi" (CEBR) tərəfindən edilən şərhdə, ilin ikinci rübündə cəmi 6342 şirkətin iflasa uğradığı bildirilib.

Təşkilatın modelləşdirməsinə görə, 2024-cü ilində ölkədə 28 min şirkətin iflas riski ilə üzləşəcək.

İngiltərə Bankının (BoE) verdiyi açıqlamada bildirilib ki, yüksək borclanma xərcləri səbəbiylə iri miqyaslı investisiyalar gecikirsə və şirkətlər iflas etməyə davam edərsə, bunun iqtisadiyyata ciddi təsirləri olacaq.