2023-cü ildə ən yaxşı hava limanı "Sinqapur Çangi Hava Limanı" seçilib.
İndex.az xəbər verir ki, "Data Statistica"nın araşdırmasına görə, siyahıda ikinci Qətərin "Hamad Beynəlxalq Hava Limanı", üçüncü isə Yaponiyanın "Tokio Beynəlxalq Hava Limanı"dır.
İndex.az 2023-cü ilin ən yaxşı hava limanlarını sizə təqdim edir:
1️⃣ Sinqapur Çangi Hava Limanı - Sinqapur
2️⃣ Hamad Beynəlxalq Hava Limanı - Doha, Qətər
3️⃣ Tokio Beynəlxalq Hava Limanı (Haneda) - Tokio, Yaponiya
4️⃣ İnçeon Beynəlxalq Hava Limanı - Seul, Koreya
5️⃣ Paris Çarles de Qaulle Hava Limanı - Paris, Fransa
6️⃣ İstanbul Hava Limanı - İstanbul, Türkiyə
7️⃣ Münhen Hava Limanı - Münhen, Almaniya
8️⃣ Sürix Hava Limanı - Sürix, İsveçrə
9️⃣ Narita Beynəlxalq Hava Limanı - Tokio, Yaponiya
1️⃣0️⃣ Madrid Barajas Hava Limanı - Madrid İspaniya
