Məşhur internet nəşrlərindən biri olan “Wired” hər il olduğu kimi bu il də 2023-cü ilin ən təhlükəli adamlarını sıralayıb.

İndex.az xəbər verir ki, “Wired”in tərtib etdiyi siyahının ilderi İlon Mask olub.

Belə ki, Mask X-i (Twitter) aldıqdan sonra, antisemit baxışları olan məşhur simaların və Aleks Cons kimi sui-qəsd tərəfdarlarının səhifələrini yenidən özlərinə qaytarıb.

Milyarder öz siyasi mövqeyinə malik “Qrok” çatbotunun hazırlanmasında da iştirak edir.

Bundan əlavə, xarici mətbuat İlon Maskın "Neuralink" çipləri üçün keçirdiyi təcrübələrdə beyninə çip yerləşdirərkən çox sayda meymunun öldüyünü açıqlayıb.

Xatırladaq ki, FDA 2023-cü ilin yazında "Neuralink"ə insan sınaqları keçirməyə icazə verib.

Siyahının ikincisi olan Sem Altman məşhur "DALL-E" və "ChatGPT" neyron şəbəkələrini inkişaf etdirən "OpenAI"nin sahibidir.

Semin təhlükəsi onun sirlərlə dolu olmasıdır. Sem son illərin ən inqilabi texnologiyasına sahibdir.

Sem Altman əvvəlcə süni intellektə məhdudiyyətlərin qoyulmasının tərəfdarı idi, lakin noyabrda baş tutan mübarizədən sonra Semin əslində süni intellektin sərbəst işləməsinin tərəfdarı olduğu məlum oldu.

Bundan əlavə, Altman əvvəlcə "OpenAI"nin qeyri-kommersiya təşkilatı olduğunu demişdi, lakin indi məlumdur ki, "OpenAI" "Microsoft"un nəzarəti altındadır.

"Wired"ə görə, "CharGPT" tərtibatçısının növbəti hərəkətlərini proqnozlaşdırmaq çətin olacaq.

2023-cü ilin təhlükəli internet şəxsiyyətləri siyahısındakı digər əsas insanlar və ya qruplar aşağıdakılardır:

"Cl0p" - Məlumatları oğurlayan hakerlər qrupudur. 62 milyondan çox insan onun fəaliyyətindən təsirlənib.

"Alphv" qrupu - Mindən çox şirkətə güzəştə gedərək 300 milyon dollardan çox fidyə alıb.

"Sandworm" - Rusiya ilə əlaqələri olan qrupdur. Kiber hücumları və casusluqla məşğuldurlar.

"Volt Typhoon" hakerləri - ABŞ hərbi bazalarına elektrik axınına gizli nəzarət edirdilər.

"Predatory Sparrow" qrubu - İrana qarşı kütləvi kiberhücumlar həyata keçirərək, ölkədəki yanacaqdoldurma məntəqələrinin 70%-dən çoxunu sıradan çıxarıb.