BMW 2023-cü ildə 2,5 milyon ədəddən çox satış edərək yeni rekord əldə etdiyini bildirib.

İndex.az xəbər verir ki, 2023-cü ilin sonuncu rübündə şirkətin satışları ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 10,3% artaraq 718 min 778-ə çatıb.

Ümumi illik satışlar isə 6,5% artıb.

Bununla yanaşı BMW-nin satışlarının 15%-ni elektromobillər təşkil edib ki, bu da qarşıya qoyulmuş hədəflərdən biri idi.

ABŞ-da satışlar 9,4% artımla təxminən 396 minə çataraq ən yüksək satış artımını əldə edərkən, Çində satışlar 4.2% artaraq 824 min 932-yə çatıb.

Çin satışlarda ən yavaş artıma malik bazar olub.

BMW-nin tam illik nəticələrinin martın 21-də açıqlanması gözlənilir.