Çin istehsalçısı “Human Horizons” 1287 at gücünə malik “HiPhi A” adlı elektrikli super idman avtomobilini təqdim etdi.

İndex.az xəbər verir ki, avtomobilin arxa oxunda bir, qabaq oxunda isə iki mühərriki var.

Avtomobil 662 at gücü olan “HiPhi Z”dən iki dəfə çox güc istehsal edə bilir.

Avtomobil 0-dan 100 km/saata sürətə 2 saniyədə çatır.

Bu dəyər “Tesla Model S Plaid”da 2,1 saniyədir.

800 Volt arxitekturalı akkumulyatora sahib olan avtomobil akkumulyatorundan 1,5 MVt pik güc çəkə bilir.

Dördqapılı super idman avtomobili arxa təkərin sükanı, tork vektoru və adaptiv amortizasiya kimi imkanlara malikdir.

Şirkətin açıqlamasına görə, “Hiphi A”nın döngə və əyləc performansı həmkarlarından 15% yüksəkdir.