“Toyota” Çində elektromobil fabriki quracaq

“Toyota” Çində elektromobil fabriki qurmaq fikrindədir.

İndex.az xəbər verir ki, “Nikkei Asia”nın yaydığı məlumata görə, “Toyota” bu fabrikdə “Lexus” modellərini istehsal edəcək.

Lakin “Toyota”nın yerli tərəfdaşlarla əməkdaşlıq etməyəcəyi bildirilir.

Hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama yoxdur, ancaq “Nikkei” tərəfindən dərc edilən və şirkətə yaxın mənbələrə əsaslanan xəbərlərdə bildirilib ki, “Toyota” yeni fabrikini Şanxayda quracaq.