Niyə qışda daha tez-tez xəstələnirik?

Təəssüf ki, soyuq hava soyuqdəymə və qrip kimi respirator viruslara yoluxmağı asanlaşdırır. Çünki qışda havada rütubətin səviyyəsi aşağı düşür və bu, virusların daha sürətli yayılmasına kömək edir.

İndex.az xəbər verir ki, insanların soyuq havada qapalı yerlərdə vaxt keçirmə ehtimalı daha yüksəkdir və bütün mikroblar havasız, qapalı yerlərdə daha sürətli yayılır.

Daha dəqiq desək, soyuq hava tənəffüs xəstəliklərinə səbəb olan qrip virusunun xarici qişasını dəyişdirərək onu daha sərt və rezin kimi edir. Virusların formasını bu şəkildə dəyişməsi insandan insana keçmə ehtimalını artırır.

Soyuq hava ilə yanaşı, quru hava da bu cür pozğunluqları dəvət edir. Çünki quru qış havası qrip virusunun daha uzun müddət yoluxucu qalmasına kömək edir.

Qışda bu quru hava tənəffüs damcılarında olan suyun daha tez buxarlanmasına səbəb olur. Bu, öskürən və ya asqırdığınız zaman daha uzun müddət davam edə bilən və daha uzağa gedən molekullarla nəticələnir.

İmmunitet sistemi üçün əvəzolunmaz olan D vitamininin ən mühüm mənbəyi günəş olduğu üçün günəşlə təmasın azaldılması özlüyündə böyük problemdir. Yenə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar təbiətdə fiziki fəaliyyətdə azalma müşahidə olunur. Bunun əvəzinə insanlar qapalı şəraitdə vaxt keçirirlər. Təbii ki, bu, başqaları ilə daha sıx əlaqə deməkdir.

Qrip, soyuqdəymə və ya COVID-19-a səbəb olan bu viruslar bədənin bu hissələrində qurumuş nahiyələrə daha asan yapışır.

Soyuq havanın səbəb olduğunu düşündüyünüz bütün bu xəstəliklərdən özünüzü qorumaq üçün kifayət qədər su istehlak etmək, orta hesabla 7-8 saat yatmaq, fiziki aktiv olmaq, quru əraziləri nəmləndirmək, balanslı qidalanma və əllərinizi tez-tez yumaq kömək edə bilər.