Avropanın uçan taksi şirkəti fəaliyyətini dayandırıb

Avropanın elektrikli uçan taksi startapı “Lilium” çətin dövrlərdən sonra fəaliyyətini dayandırdığını açıqlayıb.

İndex.az xəbər verir ki, şirkət həmçinin 1000 nəfər işçini işdən çıxarıb.

“Lilium”un həmtəsisçisi və baş direktoru Patrik Natan, “LinkedIn”də verdiyi açıqlamada bildirib ki, 10 il 10 aydan sonra “Lilium” fəaliyyətini dayandırır.

O qeyd edib ki, bu, həm çox kədərli, həm də ağrılı prosesdir.