“Tesla”nın bu modelinin qaz pedalı ilişir – VİDEO

“Tesla”nın Cybertruck” modelinin tədarükü təxirə salınıb.

İndex.az xəbər verir ki, iddialara görə, bunun səbəbi qaz pedalının qapağının çıxması və pedalın ilişib qalmasıdır.

Bir “Cybertruck” sahibi “TikTok”da qaz pedalının qapağının söküldüyünü, tablosuna və döşəmə arasındakı boşluğa ilişib qaldığını və pedalı basılı qoyduğunu göstərən video paylaşıb.

Nəqliyyat vasitəsinin sahibi pedalı sıxışan zaman əyləci basaraq avtomobili dayandıra bildiyini, lakin əyləci buraxdıqda avtomobilin yenidən sürətləndiyini bildirib.