“Meta” lobbiçilik fəaliyyətlərinə rekord xərc çəkib

“Facebook”, “Instagram”, “Threads” və “WhatsApp” kimi sosial mediaya sahib olan “Meta” indiyə qədərki ən böyük lobbiçilik xərclərini edib.

İndex.az xəbər verir ki, ABŞ-da dərc edilən ictimai lobbiçilik dosyesinə görə, “Meta” ilin birinci rübündə ABŞ hökumətinə təsir göstərmək üçün rekord məbləğdə 7,6 milyon dollar xərcləyib.

Bundan əvvəlki rekord xərclər 2021-ci ilin sonunda 5,4 milyon dollarla edilmişdi.