“Azərenerji”nin ixrac gəlirləri 7 dəfə azalıb

Bu ilin yanvar-mart aylarında “Azərenerji” ASC 40,3 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin ilk rübü ilə müqayisədə 240,6 milyon ABŞ dolları və yaxud 7 dəfə azdır.

Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.