Tədiyyə balansında 6 milyard dollardan çox profisit yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 6 milyard 402 milyon ABŞ dolları təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 % azdır.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 6 milyard 673,9 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 2,7 dəfə az), kapital hesabındakı 8,4 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), maliyyə hesabındakı 398,7 milyon dollarlıq profisit (1 il bundan əvvəl il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 662,2 milyon dollarlıq kəsir (29,6 % çox) hesabına formalaşıb.