“S&P”: AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 2025-ci ildə 150 milyon ABŞ dolları artacağını proqnozlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə “S&P”nin materiallarına istinadən xəbər verir.

Agentliyin proqnozlarına görə, bu ilin sonuna AMB-nin valyuta ehtiyatları 2023-cü ilin göstəricisinə uyğun olaraq 11,613 milyard ABŞ dolları təşkil edəcək.

Gələn il isə ehtiyatlar 11,763 milyard ABŞ dollarına çatacaq ki, bu da növbəti il ərzində 150 milyon ABŞ dolları artım deməkdir.

Bu il dekabrın 1-nə AMB-nin valyuta ehtiyatları 10 milyard 967,8 milyon ABŞ dolları təşkil edib.